2010/2011 mövsümündə "İnter” və "Simurq”un formasını geyinən Paulis Paknis futbolçu karyerası ilə vidalaşmaq üzrədi. Sportal.az-ın əldə etdiyi məlumata görə, litvalı futbolçu Azərbaycanı tərk etdikdən sonra Polşada karyerasına davam etdi. Birinci divizionda "Puşka Nyepolomike”də çıxış edən Paknis zədə ucbatından meydanda ola bilmədi. Zədələrdən təngə gələn 28 yaşlı futbolçu karyerasını başa vurmaq istədiyini Sportal.az-a açıqlamasında deyib: "Bir ilə yaxındı futbol oynaya bilmirəm. Bu zədələr məni bezdirib. Artıq futbol oynamaq da istəmirəm. Azərbaycandan ayrıldıqdan sonra karyerama "qara zolaq”da düşüb”. Xatırladaq ki, Paknis karyerası ərzində "Ekranas”. "Jalqrsi”, "Şaxtyor”(Saliqorsk, Belarus), "Korona”(Polşa), klublarınmın formasını geyinib.
Mənbə:agligoylu.tk
|