Bu gün əvəzedici heyətlərin Azərbaycan Çempionatında növbəti turun oyunları keçirildi."Şəfa" stadionunda komandamız "Bakı"nı qəbul etdi. Qarşılaşma 2:1 hesabıyla "İnter"in xeyrinə başa çatdı. Komandamızın heyətində Samir Hüseynli və Ramil Mansurov fərqləndilər. Əlavə edək ki, Tofiq Mustafayevin yetirmələri bu qələbə sayəsində özlərinə 3-cü yeri təmin etdilər. Xatırladaq ki, komandamızın növbəti rəqibi AZAL olacaq.
|