"İnter" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur. Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.
Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:- ) və 2:1. İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlanыdiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı. Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də,yekun cədvəlində 7-ci pillə ilə kifayətlənib. 14 – cü Milli cempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəlində 4 – cü yerdən yuxarı qalxa bilməmişdir.Gənc komanda olmasına baxmayaraq, 2007-2008-ci il mövsümündə ölkə çempionu olub. Ötən çempionatdasa 2-ci yeri tutub. 2009-2010-cu il mövsümündə ikinci dəfə Azərbaycan çempionu adını qazandı.
|