Bakı "İnter” bir neçə futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bank klubunun baş məşqçisi Kaxaber Tsxadadxze gözlənildiyi kimi Enyo Krastovçev və Girts Karlsonsu sərəncamında görmək istəməyib.
Bolqar və latviyalı futbolçu ilə yanaşı, çex Bronislav Çervenka və braziliyalı Danildo Assioli də yollar ayrılıb. Bundan başqa "Simurq”da icarə əsasından çıxış edəcək Ruslan Poladov geri qaytarılmayacaq. Elnur Abdulov, Xəyal Mustafayev və Peter Çrappanın taleyinə isə hələ aydınlıq gəlməyib.
Xatırladaq ki, Fanat.az Enyo Krastovçevlə Girts Karlsonsun "İnter”dən gedəcəyi barədə xəbəri mayın 11-də yaymışdı.
|