"İnter" komandası heyətini gücləndirməkdə davam edir.
Bu günlərdə gürcüstanlı futbolçu Giorgi Adamiyanı sıralarına qatan komandamız daha bir oyunçu ilə müqavilə imzaladı. Söhbət Slavço Georgiyevskidən gedir. Makedoniyalı yarımmüdafiəçi növbəti bir il ərzində "İnter"in şərəfini qoruyacaq.