Georgi Lomaya Bakının "İnter" futbol klubunun tarixinə ilk gürcü qapıçı kimi düşüb. Vətənində "Kodako", Tiflisin "Dinamo", "Merani" və "Lokomotiv"də oynayan Georgi 2003-cü ildən legioner həyatı yaşayıb. Belə ki, ilk iki ildə Moskva "Spartak"ının qapıçısı olub. Ancaq bu titullu komandada cəmi 2 oyun keçirib və 4 top buraxıb. 2004/2005 mövsümündə "Ximki"yə icarəyə verilən Lomaya daha sonra Rusiyada "Luç-Enerji", Almaniyada "Karl Tseyss", Ukraynada "Karpatı" komandasında forma geyinib. Ötən il vətəninə qayıdan Georgi Rustavi "Olimpi"sinin şərəfini qoruyub. 1998-ci ildə debüt etdiyi milli komandada 33 oyun keçirib.
|