İnter"in
gürcüstanlı qapıçısı Georgi LomayanınSportal.az saytına müsahibəsi
- "Asteras"la oyun necə keçdi? 1:1 hesablı nəticə barədə nə deyə bilərsən?
- "Asteras" yaxşı komandadı. Hamı gördü ki, onlar necə mübarizə aparırdılar. Çünki Yunanıstan çempionatı səviyyə baxımından bizi
qabaqlayır. Avropanın aparıcı birinciliklərindən hesab olunur. Ancaq
biz də sonadək oynadıq. Qol imkanlarımız da oldu. Təəssüf ki, son anda qeyri-dəqiqlik fərqlənməyimizə mane
olurdu.
- Səncə, komandanız niyə qələbə hesabını sonadək qoruyub
saxlaya bilmədi?
- Çox səbəb saymaq olar. Amma əsas olan az öncə dediyim idi.
"Asteras" güclü komandadı.
- Rəqibi məğlub edə bilməməyinizin yeganə səbəbi budu?
- Xeyr. Ortada bir reallıq var ki, biz "Asteras"ı uda bilmədik. Çünki onlar yaxşı müdafiə olunurdular. Eyni zamanda hücumda təhlükəli oynamağı
bacarırlar. Heç nədən qapımızda qol gördük. Əgər o topu buraxmasaydıq,
bəlkə də qələbə qazanardıq.
Belə alındı. Nə etmək olar?
- İstənilən halda bu nəticədən sonra səfərdə sizin üçün çətin olacaq...
- Əlbəttə. Öz evində "Asteras"a qarşı oynamaq asan
olmayacaq. Amma hələ heç nə həll olunmayıb. Qarşıda cavab oyunu var. Hər şey Yunanıstanda həll olunacaq.
- İnanırsan ki, "İnter" səfərdə
"Asteras"ı məğlub edib, mərhələ adlayacaq?
- Bəli, inanıram. Düzdü, çətin olacaq. Amma sadəcə inanmaqla iş bitmir. Cavab oyununa daha yaxşı hazırlaşmaq lazımd
|