"Biz səfər oyununa ciddi hazırlaşmışıq. Komanda məşqçilər korpusunun tələblərinə uyğun şəkildə matça hazırlaşıb. Komandada hər şey qaydasındadır”. Bu sözləri futbol11.az saytına açıqlamasında Bakının "İnter” klubunun yarımmüdafiəçisi Asif Məmmədov deyib. Təcrübəli oyunçu "Asteras”la oyunla bağlı fikirlərini bölüşüb. O, "İnter”in mərhələ keçəcəyinə ümidvardır: "İnşallah, biz Yunanıstana mərhələ adlamağa gedirik. Niyə də olmasın ki? Evdə 1:1 oynadığımız rəqibi səfərdə məğlubiyyətə uğrada da bilərik. Bunun üçün çalışmaq və ruh yüksəkliyi lazımdır ki, o komponentlər də bizdə var”.
Qeyd edək ki, cavab matçı iyulun 26-da keçiriləcək.
Mənbə: Futbol11.az
|